29.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Millimiz İtaliyada Avropa çempionu oldu

29 iyn 2025 03:00
İDMAN
ads
Advertisement

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatına yekun vurulub.

 

Qutb.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub. 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığma 131 xalla birinci yeri tutub. Ermənistan (125) ikinci, Gürcüstan (99) isə üçüncü olub.

 

Millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıblar. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıblar.

 

Qeyd edək ki, bu komanda 3-cü dəfə Avropa çempionu olur. Yunan-Roma güləşi üzrə milli 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.

 

Xatırladaq ki, bir neçə gün öncə sərbəst güləş üzrə millimiz İtaliyada Avropa çempionu olub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur