İtaliyanın “İnter” komandasının yeni baş məşqçisi məlum olub.
Qutb.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Kristian Kivu gətirilib. Rumın mütəxəssislə 2027-ci ilin yayınadak müqavilə imzalanıb. O, son olaraq “Parma”da işləyib.