Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 1 milyard 68,6 milyon dollar təşkil edib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 16 faiz çoxdur.
Qutb.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Məlumata görə, təkcə cari ilin aprel ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 296,7 milyon dollardan çox təşkil edib, bu da illik ifadədə 20 faizlik artım deməkdir.