03.07.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Bakıda torpaqlar sürətlə bahalaşır 

02 iyl 2025 18:00
İQTİSADİYYAT
ads

Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam edir.

Qutb.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatda bu barədə məlumat verilib.

Hesabata əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə paytaxtda torpaq sahələrinin orta qiyməti 14 faiz artıb. Bu isə 2022-ci ildən bəri müşahidə olunan ümumi 44 faiz bahalaşma tendensiyasının tərkib hissəsidir. 2025-ci ilin I rübündə isə qiymətlər illik müqayisədə 19 faiz yüksəlib.

Mütəxəssislərin fikrincə, urbanizasiya, şəhərsalmanın genişlənməsi, tikinti üçün əlverişli torpaq sahələrinin getdikcə azalması və eyni zamanda təklifin məhdudlaşması qiymət artımına birbaşa təsir edən əsas amillərdir. Torpaq bazarına olan davamlı və sabit tələbat bu sahədə gərginliyi artırmaqda davam edir.

ABB-nin hesabatında 2025-ci ildə də torpaq bazarında bahalaşma tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. Ekspertlər bildirirlər ki, yeni tikinti layihələrinə marağın artması, infrastrukturun inkişafı və əhalinin yaşayış üçün torpağa olan ehtiyacının yüksəlməsi, qiymətlərin yaxın perspektivdə də artacağını göstərir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur