03.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Bakıda keçiriləcək Formula 1-ə hazırlıqlar BAŞLADI

02 avq 2025 12:00
İDMAN
ads
Advertisement

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə marşallar üçün növbəti təlim təşkil olunub.

Qutb.az xəbər verir ki, Avropa Oyunları Parkında gerçəkləşən təlim nəzəri və praktiki hissələrdən ibarət olub.

Təlimin nəzəri hissəsində marşallar yarış zamanı üzləşə biləcəkləri müxtəlif vəziyyətlər üzrə məlumatlandırılıb, beynəlxalq standartlara uyğun davranış qaydaları ilə tanış olublar. Praktiki mərhələdə isə onlar simulyasiya şəraitində təlim keçərək yarış zamanı baş verə biləcək hadisələrə ilkin müdaxilə, təhlükəsizlik tədbirləri və digər mühüm prosedurlar üzrə bacarıqlarını təkmilləşdiriblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur