Rusiyanın Kamçatka diyarında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.
Qutb.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Təbiət hadisəsi Petropavlovsk-Kamçatskdan 469 km aralıda baş verib. Zəlzələ ocağı 28,6 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.