18.06.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Kreml Azərbaycana təşəkkür etdi 

18 iyn 2025 07:00
DÜNYA
ads
Advertisement

Rəsmi Moskva Rusiya vətəndaşlarının İrandan təxliyəsi ilə bağlı Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

 

Qutb.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

 

Peskov deyib ki, rusiyalıların İrandan təxliyəsi Azərbaycanla sərhəddə yerləşən keçid məntəqələri vasitəsilə həyata keçirilir:”Bakı təxliyə üçün əlverişli şərait yaradıb. Buna görə Moskva Azərbaycan tərəfinə dərin təşəkkürünü bildirir. Rusiyalıların təxliyəsi və koordinasiyası üzrə işlər 24 saat fasiləsiz rejimdə davam etdirilir”.

 

Kreml nümayəndəsinin sözlərinə əsasən, Rusiyanın Tehrandakı səfirliyi öz müşahidəsi altında olan vətəndaşların sayına dair dəqiq məlumata malikdir və İrandan çıxmaq istəyən hər kəsi diqqətlə izləyir. Xüsusi diqqət onların təhlükəsizliyinin təmin olunmasına yönəldilib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Tehrandakı səfirliyi məlumat yayaraq bildirib ki, 14-15 iyun tarixlərində İrandan Azərbaycana azı 313 Rusiya vətəndaşı təxliyə olunub. Onların arasında xarici nümayəndəlik əməkdaşlarının ailə üzvləri, P. İ. Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri və Fyodor Bondarçukun çəkiliş qrupu da olub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur