23.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

O, KQB agentitidir - Paşinyandan SƏRT İTTİHAM

23 okt 2025 04:02
DÜNYA
ads
Advertisement

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini (dünyəvi adı Ktriç Nersisyan) sərt tənqid edib.

Qutb.az-ın məlumatına görə, o bildirib ki, Qaregin əslində ruhanilik statusunu çoxdan itirib və “patriarx taxtını ələ keçirib”.

Paşinyanın sözlərinə görə, Qaregin subaylıq andını pozduğu üçün artıq kilsə nümayəndəsi sayılmır:

“O, çoxdan ruhani deyil. Mən Erməni Apostol Kilsəsinin mömin ardıcılı kimi bəyan edirəm: bu şəxs andını pozub, ailə qurub, övlad sahibidir və kilsə taxtını mənimsəyib.”

Baş nazir, həmçinin katolikosun qardaşı, arxiyepiskop Ezrası “KQB agenti” adlandırıb və kilsəni bu şəxslərdən “azad etməyə” and içib:

“Mən həyatımı qurban verməyə hazıram ki, kilsəmizi onlardan xilas edim.”

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur