23.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

ABŞ-nin hücumları cavabsız qalmayacaq - PEZEŞKİAN

22 iyn 2025 23:00
DÜNYA
ads

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra bu ölkənin prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

Qutb.az xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsində yazıb və vəziyyətin təhlükəli olduğunu bildirib.

Fransa lideri Tehranı nizamlanma üçün diplomatik mexanizmlərə qayıtmaq məqsədilə gərginliyi azaltmağa və maksimum təmkin nümayiş etdirməyə çağırıb.

Pezeşkian isə bildirib ki, ABŞ-nin İran ərazisində yerləşən üç nüvə obyektinə endirdiyi zərbələr cavabsız qalmayacaq.

“ABŞ bizə hücum edib. Siz bu vəziyyətdə olsaydınız, nə edərdiniz? Təbii ki, bu addım cavabsız qalmamalıdır,” – deyə Pezeşkian Makronun çağırışına cavab olaraq bildirib.

Pezeşkian əlavə edib ki, Tehran həmişə danışıqlara açıq olduğunu bəyan edib, lakin “qarşı tərəf İran xalqından təslim olmağı tələb edib”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur