Böyük Britaniya Qəzza zolağında su təchizatı, sanitariya və gigiyena xidmətlərinin təmin edilməsi üçün 20 milyon funt sterlinq (təxminən 27 milyon dollar) məbləğində yardım paketi təqdim edəcək.
Qutb.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumatda bildirilir ki, Qəzza zolağında münaqişənin dayandırılması və sülhün bərqərar olunmasına həsr olunmuş sammitdə iştirak etmək üçün Misirə səfər edən Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin ayırdığı yardım haqqında danışıb.
Yardım Böyük Britaniya tərəfindən UNICEF, BMT-nin Dünya Ərzaq Proqramı və Norveç Qaçqınlar Şurası vasitəsilə maliyyələşdiriləcək və aclıq, qidalanma çatışmazlığı və xəstəliklərdən əziyyət çəkən insanlara yönəldiləcək.