13.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Azercell komandası yarışda uğur qazandı

13 okt 2025 12:00
GÜNDƏM
ads
Advertisement

“Cybercell” 25 komanda arasında vitse-çempion olub

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə 9-10 oktyabr tarixlərində Bakıda keçirilən “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik tədbiri başa çatıb.

Tədbir çərçivəsində təşkil olunan “Ağıllı şəhərlərdə kibermüharibə” yarışında Azercell Telekom-u təmsil edən “Cybercell” komandası yüksək peşəkarlıq nümayiş etdirərək vitse-çempion adını qazanıb. İki gün davam edən müsabiqədə mobil operatorun Təhlükəsizlik Departamentinin mütəxəssisləri kibertəhlükəsizlik üzrə real ssenarilər əsasında hazırlanan tapşırıqları uğurla yerinə yetiriblər.

Tədbir 20 yerli və ilk dəfə olaraq 5 xarici komandanı – Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistandan olan iştirakçıları bir araya gətirib. Yarışın məqsədi dövlət qurumları, kritik infrastruktur obyektləri, bank və telekommunikasiya sektorlarını təmsil edən komandalar arasında kiberhücumlara qarşı müdafiə qabiliyyətinin artırılması, eləcə də böhran vəziyyətlərində informasiya sistemlərinin effektiv idarə olunması və milli kibertəhlükəsizlik potensialının inkişaf etdirilməsi olub.

CIDC-2025 çərçivəsində keçirilən kibertəhlükəsizlik həlləri sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə müdafiəsi istiqamətlərində son texnoloji yeniliklərini nümayiş etdirib. Sərgidə Azercell-in nümayiş etdirdiyi innovativ həllər iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Azercell Telekom biznes müştərilərinə etibarlı kibertəhlükəsizlik həlləri təqdim etməklə yanaşı, bu sahədə peşəkar kadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Şirkət kibertəhlükəsizlik ekosisteminin inkişafına və ölkədə mütəxəssis potensialının gücləndirilməsinə töhfə verməyə davam edir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur