20.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Ərdoğandan Şimali Kiprdəki seçkilərə REAKSİYA

19 okt 2025 23:00
DÜNYA
ads
Advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdəki prezident seçkilərinin nəticələrinə münasibət bildirib.

Qutb.az xəbər verir ki, o, sosial media hesabında paylaşım edib.

Ərdoğan Şimali Kipr Türk Respublikasında keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə bu gün prezident seçilən Tufan Erhürmanı təbrik edib.

"Şimali Kipr Türk Cümhuriyyətinin demokratik yetkinliyini bir daha nümayiş etdirən, Kipr türk qardaşlarımızın iradəsini seçki qutusunda əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün faydalı olacağını ümid edirəm.

Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suveren hüquq və mənafelərini Kipr türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik", - o qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur