20.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Azərbaycanlı deputata beynəlxalq medal verildi

19 okt 2025 23:00
GÜNDƏM
ads

Türk dünyasının mədəni birliyini və ortaq dəyərlərini təmsil edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanı “TÜRKSOY” medalı ilə təltif edib.

Bu təltif Fazil Mustafaya Türk dünyası mədəniyyəti və sənətinə verdiyi töhfələrə görə verilib.

Qutb.az xəbər verir ki, təltif sənədini TÜRKSOY-un Baş katibi, Qırğız Respublikasının Xalq yazıçısı Sultan Rayev imzalayıb

Fazil Mustafa təkcə siyasətçi və qanunverici orqanın üzvü kimi deyil, eyni zamanda Türk dünyasının düşüncə adamı, maarifçi-publisist və mədəni inteqrasiyanın fəal iştirakçısı olan alim kimi tanınır. Onun əsərləri, çıxışları və ideoloji mövqeyi, ortaq türk kimliyinin çağdaş dönəmdə yenidən formalaşmasına, milli suverenliyin və dövlətçilik fəlsəfəsinin möhkəmlənməsinə xidmət edir.

Bu təltifin Azərbaycan Milli Məclisinin üzvünə verilməsi Türk dünyasının intellektual inteqrasiyasında Azərbaycan mədəni-siyasi nüfuzunun bir daha təsdiqidir.

Fazil Mustafa təltiflə bağlı deyib: "TÜRKSOY medalını Türk dünyasının ortaq düşüncə ailəsinə mənsubiyyətin, mədəni məsuliyyətin və mənəvi borcun ifadəsi kimi qəbul edirəm. Mənimçün bu, fərdi deyil, milli düşüncəyə verilən qiymətdir.”

“TÜRKSOY” medalı Fazil Mustafaya Beynəlxalq Muğam Mərkəzində oktyabrın 19-da keçirilən, onun yeni kitablarının tanıdıldığı “Aydınlıq çiləsi” adlı düşüncə gündüzündə (fikir gecəsində) təqdim olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur