03.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Polşada prezident seçkilərinin ikinci turu

01 iyn 2025 10:00
DÜNYA
ads

Polşada prezident seçkilərinin ikinci turu keçiriləcək.

 

Qutb.az xəbər verir ki, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski və aparıcı müxalifət partiyası "Hüquq və Ədalət" (PiS) tərəfindən dəstəklənən Polşa Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski vəzifə uğrunda mübarizə aparırlar.

 

Təxminən 29 milyon seçici qeydə alınıb, 32 min səsvermə məntəqəsi açılacaq. Respublika XİN-in məlumatına görə, rekord sayda polyak – təxminən 700 min nəfər (birinci turdan təxminən 200 min nəfər çox) xaricdə səs verəcək. Polşada səsvermə məntəqələri saat 07:00-da (Bakı vaxtı ilə 09:00) açılacaq və 21:00-da (Bakı vaxtı ilə 23:00) bağlanacaq, xaricdə (Şimali və Cənubi Amerika) səsvermə mayın 31-də başlanıb.

 

Ölkə ərazisində məntəqələr bağlanan kimi “Ipsos” sosioloji xidməti tərəfindən hazırlanmış ekzitpol nəticələri dərc ediləcək. Dövlət Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini iyunun 2-də elan etməyi planlaşdırır. Yeni prezident Andjey Dudanın səlahiyyət müddəti başa çatdıqdan sonra, avqustun 6-da vəzifəyə başlayacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur