15.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Tramp Lukaşenko ilə danışıqlar apardı

15 avq 2025 20:00
DÜNYA
ads

ABŞ Prezidenti Donald Tramp ilə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.

 

Qutb.az xəbər verir ki, Tramp söhbətin təfərrüatlarını “Truth Social” sosial şəbəkəsində paylaşıb.

 

“Belarusun çox hörmətli Prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz daha 1 300 məhbusun azadlığa buraxılmasını da müzakirə edirik”, - o deyib.

 

Trampın sözlərinə görə, Lukaşenko ilə söhbət çox yaxşı keçib və Rusiya Prezidenti Vladimir Putinin Alyaska səfəri də müzakirə olunub.

 

“Gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!”, - o əlavə edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur