Bu rayonun 16 kəndində qaz olmayacaq
ABŞ Prezidenti Donald Tramp bu həftənin cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirəcək.
Qutb.az-ın məlumatına görə, Ağ Evdən "Bloomberg" agentliyinə göndərilən daxili planlaşdırma sənədində bu barədə açıq qeyd olunub.
Sənədə əsasən, avqustun 8-də (cümə günü) Tramp Bakı vaxtı ilə saat 22:30-da Ermənistanın Baş naziri Nikol Paşinyanla, 23:20-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.
Ardınca isə Bakı vaxtı ilə saat 00:00-da hər iki liderin iştirakı ilə birgə bəyanat veriləcək.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Azərbaycanla Ermənistan liderlərinin birgə bəyanat imzalayacağı barədə xəbərlər yayılıb.