18.12.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Tramp müharibə elan edə bilər

18 dek 2025 02:00
DÜNYA
ads
Advertisement

Amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın Venesuela ilə müharibə elan edə biləcəyini iddia edib.

Qutb.az xəbər verir ki, bu barədə o, “Judging Freedom” podkastında danışıb.

Karlsonun sözlərinə görə, bu bəyanat Trampın Ağ evin Oval kabinetindən xalqa planlaşdırılan müraciəti zamanı səslənə bilər.

Jurnalist bildirib ki, Konqres üzvlərindən biri ona qanunvericilərin bir gün əvvəl “qaçılmaz müharibə” ilə bağlı məlumatlandırıldığını deyib. Karlson qeyd edib ki, həmin məlumata əsasən, bu məsələ prezidentin axşam saat 9-da xalqa müraciəti zamanı açıqlana bilər.

Donald Trampın müraciəti ABŞ ilə Venesuela arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. Son dövrlər Vaşinqton Karib hövzəsində hərbi fəallığını artırıb, eyni zamanda Karakası narkotik ticarəti və digər cinayətlərdə ittiham edir. Ağ ev prezidentin çıxışının mövzusunu əvvəlcədən açıqlamayıb.

Məlumatlara görə, noyabr ayına qədər Karib hövzəsində Venesuela yaxınlığında ABŞ-ın esmines və desant gəmiləri daxil olmaqla hərbi gəmilərdən ibarət qruplaşması yerləşdirilib. Regionda ABŞ hərbçilərinin sayının 16 min nəfərə çatdığı bildirilir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
163 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur