Prezidentliyə namizəd Elşad Musayev səs verdi
FHN-in Akademiyasında Silahlı Qüvvələr Günü qeyd olundu
Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri tutuldu - VİDEO
Bu gün İran Prezidenti Məsud Pezeşkian Zəncan səfəri zamanı Azərbaycanla münasibətlərə dair iddialara münasibət bildirib.
Qutb.az xəbər verir ki, o, bu yaxınlarda Bakıya səfəri ilə bağlı tənqidlərə sərt reaksiya göstərib.
"Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır? Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik", - deyə M.Pezeşkian bildirib.
İran prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir:
"Əlaqə yaradılmayıbsa, günah bizdədir".