19.12.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Rusiyanın məşhur eks-naziri atasının Azərbaycandakı məzarına BAŞ ÇƏKMİR

19 dek 2025 11:00
GÜNDƏM
ads
Advertisement

İqor Sergeyeviç İvanov məşhur rus diplomatıdır, 1998-2004-cü illərdə Rusiyanın xarici işlər naziri olub. O bu vəzifədə Sergey Lavrovdan əvvəlki dönəmdə, Yeltsin və Putinin komandasında çalışıb. 2004-2007-ci illərdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi olub. 2011-ci ildən Rusiyanın Beynəlxalq məsələlər sovetinin prezidentidir.

İqor İvanov 1945-ci ildə Tiflisdə doğulub. Onun anası gürcüdür, “QAİ” (DAM) sistemində işləyib. İqorun atası Sergey Vyaçeslavoviç İvanov 2-ci Cahan müharibəsi iştirakçısı, briqada komandiri olub.

Yaxşı, bəs İqor İvanovu Azərbaycana bağlayan cəhət nədir?

Məsələ burasındadır ki, Rusiyanın keçmiş XİN nazirinin atası Sergey Yemelyanoviç İvanov 1975-ci ildə ölkəmizdə - konkret desək Saatlı rayonunda- dəfn olunub.

Yeri gəlmişkən, mən həmin vaxt-Sergey kişi vəfat edən il Saatlı rayonuna təyinatla müəllim işləməyə getmişdim. Tərcümeyi-halına baxanda belə məlum olur ki, Sergeyin oğlu İqor İvanov elə həmin illərdə, yəni SSRİ dönəmində də XİN sistemində çalışıb, amma bir qədər kiçik vəzifədə.

Dediyim kimi, keçmiş XİN şefini bizim ölkımizlə onun atasının Saatlıdakı qəbri “bağlayır”. Əslində belə bir mövzuya müraciət etmək fikrim olmasa da, əlimin altındakı maraqlı faktlar məni bir-iki kəlmə söz deməyə vadar etdi. Bir də ki, mənim bu tipli yüzlərlə “axtarış və tapıntılarım” olub.

Sözün qısası, rus mənbələrinə isnad edərək ata İvanovun uzun müddət Saatlı Dəmiryol sistemində işlədiyini deyə bilərik. Saatlıdakı “Rus qəbristanlığında” dəfn olunan Sergey İvanovun qəbri hazırda qamış, kol-kos, ot-ələf içində itib-batmaqdadır.

Rus jurnalistlərindən biri illər öncə Saatlıda olarkən vaxtilə Sergey İvanola birlikdə işləmiş və onunla qonşu olmuş Müzəffər Məmmədov adlı rayon sakinini taparaq söhbətləşib. 1929-cu il təvəllüdlü Müzəffər kişinin dediyinə görə, Sergey İvanov vaxtilə hərbiləşmiş dəmiryol sistemində işləyib və bu sahədə zabit rütbəsi alıb. Onu Saatlıya Tiflisdəki Baş idarədən göndəriblərmiş. Sergey təşkilatçılığı ilə seçilirmiş və onu Saatlıda raykomun büro üzvü seçiblərmiş.

Müzəffər kişinin dediyinə görə, rus qonşusu özü haqqında çox danışmazmış, amma digər nikahdan olan oğlunun Rusiyada yüksək vəzifə tutduğunu deyərmiş. Sergey İvanovun dəfni Saatlıda yaxşı təşkil olunub, qəbri üstünə əklillər qoyulub.

Keçmiş nazirin atasının qonşularından biri də Lidiya Urum adlı xanım olub. Bu qadının dediyinə görə, 60-cı illərdə Sergeyə oğlu İqorun Bakıya gəldiyini bildiriblər və orada ata-oğul görüşüblər. Saatlıdakı rus icmasının başçısı mərhum Vadim Xlebnik deyirmiş ki, Sergey İvanov vəfat edəndə bu barədə oğlu İqora teleqram vurublar, amma cavab gəlməyib. Həmin dövrdə İqor Segeyeviç xaricdə olub.

Gələcək nazir dediyildiyi kimi, Sergeyin gürcü arvadı Eliko Saqiraşvilidən dünyaya gəlib. İqorun həmin nikahdan bir bacısı da var. Sergeyin digər arvadı Mariya Qriqoryevnadan da iki övladı olub - Yelena və Nikolay.

Jurnalistlər Sergey İvanovun iki evliliyi olduğunu bildirsələr də, onun birinci evliliyinin kiminlə- Mariya, yoxsa Eliko ilə olduğunu dəqiqləşdirə bilməyiblər. Olsun ki, eyni vaxtda onun iki həyat yoldaşı olub. Amma bu faktdır ki, İqor yeddi yaşınacan Gürcüstanda (Axmeta deyilən yerdə) gürcü nənəsi və babası ilə birgə yaşayıb. O, daim “yarımgürcü” olduğunu və bununla fəxr etdiyini deyir.

Rusiyanın XİN şefi 2 sentyabr 1999-cu il tarixində Bakıdaa olarkən ona atasının məzarı ilə bağlı sual veriblər. İqor İvanov o vaxt bu məsələdən xəbərdar olduğunu bildirib. Üstəlik atasının məzarına olan münasibətə görə haqlı tənqidə tuş olduğunu da etiraf edib.

Sözün qısası, Rusiyanın eks xarici-işlər naziri İqor İvanov atasının Azərbaycandakı məzarını heç vaxt ziyarət etməyib.

Bu da insan talelərindən bir lövhədir.

Bəli, bəzən belə də olur.


İqor İvanovun atasının Saatlıdakı qəbri.


İvanov,  Primakov və Lavrov. Onların hər üçü Gürcüstanda doğulub, hər üçü XİN naziri olub, hər üçü vaxtilə Gürcüstana rus əsgərlərinin hücumunun "flaqmanı" olublar.

Firuz Mustafa

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
165 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur