29.05.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Əliyevlə Paşinyan arasında görüş konstruktiv keçib

26 may 2025 14:00
DÜNYA
ads
Advertisement

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Albaniyada keçirilən görüş konstruktiv olub.

Qutb.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan "İrəvan dialoqu" forumu çərçivəsində bildirib.

"Bizim qiymətləndirməmizə görə, görüş kifayət qədər konstruktiv keçdi. Hər iki ölkənin rəhbərləri sülh sazişinin imzalanması ilə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını bildirdilər", - deyə o qeyd edib.

İrəvan hesab edir ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək imkanı olacaq.

Xatırladaq ki, sözügedən görüş mayın 16-da Tiranada Avropa Siyasi Birliyinin VI Sammiti çərçivəsində baş tutub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur