Dünya çempionatında bu ölkələrin bayraqları qadağan edildi
Ermənistan yeni nəsil silahlar alıb.
Qutb.az xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan yerli İctimai Televiziyaya müsahibəsində bildirib.
O, Ermənistanın müdafiə sahəsində tərəfdaşlıqları diversifikasiya etdiyini və silah tədarükünü yalnız yeni nəsil texnologiyalar əsasında həyata keçirdiyini bildirib:
“2022-ci ildən etibarən biz müdafiə əlaqələrini diversifikasiya etməyə qərar verdik. Artıq bu proses başa çatıb və biz yalnız yeni nəsil silah və hərbi texnika alırıq.”
Nazir vurğulayıb ki, bu addımlar ölkənin hərbiləşdirilməsi üçün deyil, müdafiə qabiliyyətinin artırılması məqsədilə atılıb.
“Ermənistan ordusu və silahları yalnız ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün istifadə olunacaq. Sərhədlərimizdən kənarda silahlı qüvvələrdən istifadə etmək niyyətimiz yoxdur", - deyə Papikyan qeyd edib.