"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu
Hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasından xaric edilmiş, hazırda Ermənistan Milli Məclisinin müstəqil deputatları Akop Aslanyan və Ovik Ağazaryan baş nazir Nikol Paşinyana qarşı faəliyyətlərini gücləndiriblər.
Qutb.az xəbər verir ki, həmin deputatlar xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyanın Ermənistan Respublikasının baş naziri vəzifəsinə namizədliyini irəli sürüblər.
Bu haqda Vahid Milli Sosialist Partiyasının qurucusu Ovik Ağazaryan sosial şəbəkədəki səhifəsində yazıb.
Deputatlar Akop Aslanyan və Ovik Ağazaryan parlamentdə Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinə başlamağa hazırlaşırlar.
Qeyd edək ki, xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyan "Parlaq Ermənistan” Partiyasının sədridir.