07.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Rusiya indi atəşkəsə daha çox meyllidir - ZELENSKİ

07 avq 2025 02:00
DÜNYA
ads

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof ilə danışıqlar zamanı Rusiya indi Ukrayna ilə atəşkəsə daha çox meylli olduğunu göstərdi.

 

Bu barədə AZƏRTAC Ukrayna Prezidenti Volodimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.

 

Dövlət başçısı Stiv Uitkofun Moskvaya səfərindən sonra ABŞ Prezidenti Donald Trampla danışdığını deyib.

 

"Biz Moskvada deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyllidir. Amma əsas odur ki, bizi və ya ABŞ-ı təfərrüatı ilə aldatmasınlar", deyə Zelenski vurğulayıb.

 

Prezidentin sözlərinə görə, Ukrayna tərəfdaşları ilə ümumi mövqe və baxışı əlaqələndirmək üçün yaxın vaxtlarda təhlükəsizlik üzrə müşavirlərin görüşünü keçirməyi təklif edib.

 

"Ukrayna öz müstəqilliyini mütləq müdafiə edəcək, hamımıza uzun və etibarlı sülh lazımdır. Rusiya başladığı müharibəyə son qoymalıdır", deyə Zelenski əlavə edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur