06.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Serbiya prezidenti istefa verəcəkmi? - AÇIQLAMA

16 mar 2025 17:00
DÜNYA
ads
Advertisement

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə baş verən etirazlar fonunda istefa verməyə hazırlaşmır.

 

Qutb.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, o, bunu Belqradda müxalifətin böyük mitinqinin keçirilməsindən sonra mətbuat konfransında bildirib.

 

Serbiya lideri vurğulayıb ki, ordunun hesablamalarına əsasən, Belqradda keçirilmiş etirazlarda 88 min nəfər iştirak edib, polis isə iştirakçıların sayının 107 min nəfər olduğunu bəyan edib.

 

Onun sözlərinə görə, bu rəqəmlər müxalifətçilərin özlərinin göstərdiyi rəqəmlərdən xeyli azdır.

 

2024-cü ilin noyabrından Serbiyada tələbələrin və müxalifətin hökumətə qarşı aksiyaları keçirilir. Etirazların əsas səbəbi ötən il noyabrın 1-də Novi-Saddakı dəmiryol vağzalında 15 nəfərin ölümü ilə nəticələnən faciədir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur