22.10.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Suriya sanksiyaların ləğvini istəyir

22 okt 2025 02:00
DÜNYA
ads

Suriya hökuməti ümid edir ki, ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar yaxın aylarda rəsmən ləğv olunacaq.

 

Qutb.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Məhəmməd Nidal əş-Şaar çərşənbə axşamı “Reuters” agentliyinə açıqlamasında bildirib.

 

ABŞ Prezidenti Donald Tramp may ayında Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşdən sonra ölkəyə qarşı sanksiyaların böyük hissəsinin aradan qaldırılması barədə göstəriş verib. Lakin 2019-cu ildə qəbul edilən və Suriyanın mülki əhalisinin müdafiəsinə dair “Sezar Qanunu” adlanan sənəd hələ də ABŞ qanunvericiliyində qüvvədə qalır.

 

“Biz bu istiqamətdə başlanan düzgün yolu davam etdirmək üçün müəyyən səylər göstərməli və lobbiçilik işi aparmalıyıq. Ümid edirik ki, ilin sonuna qədər qanun layihəsi prezidentə təqdim olunacaq və o, sənədi imzalayacaq”, – deyə Əş-Şaar Londonda çıxışı zamanı bildirib.

 

Suriya Prezidenti, həmçinin hökumətin gələn ilin əvvəlində yeni valyutanın dövriyyəyə buraxılmasını planlaşdırdığını da qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur