24.06.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Tramp İrana təşəkkür etdi

24 iyn 2025 07:00
DÜNYA
ads
Advertisement

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.

Qutb.az xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, ABŞ Hərbi Hava Qüvvələrinin Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə zərbələrindən sonra İranın cavab hücumunu "zəif" adlandırıb.

“14 raket atılıb – 13-ü vurulub, biri isə təhlükəsiz istiqamətdə hərəkət etdiyi üçün buraxılıb. Məmnuniyyətlə bildirirəm ki, amerikalılardan heç kim yaralanmayıb və demək olar ki, heç bir ziyan dəyməyib. İrana əvvəlcədən xəbərdarlıq etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm, bunun sayəsində heç kim ölməyib və xəsarət almayıb”, – Tramp qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur