Vatsap hesabları ələ keçirilir
ABŞ Prezidenti Donald Tramp İranda rejim dəyişikliyinə çağırış edib.
Qutb.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.
Tramp bildirib ki, əgər hazırkı İran hakimiyyəti ölkəni yenidən güclü və qüdrətli dövlətə çevirə bilməsə, ölkədə rejim dəyişikliyi qaçılmaz ola bilər.
“Rejim Dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi İranı yenidən qüdrətli edə bilmirsə, niyə rejim dəyişikliyi olmasın?”.
Qeyd edək ki, ABŞ qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda, Tramp administrasiyası rəsmi Tehranı nüvə proqramından əl çəkməyə çağırır.