10.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Ukrayna ilə Macarıstan arasında diplomatik qalmaqal

09 may 2025 23:00
DÜNYA
ads
Advertisement

Ukrayna və Macarıstan arasında daha bir diplomatik qalmaqal yaşanmaqdadır.

 

Qutb.az xəbər verir ki, buna səbəb Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Zakarpatyada macar kəşfiyyatçı şəbəkəsini ifşa etməsi olub. UTX-nin yaydığı rəsmi məlumatda qeyd olunur ki, mayın 9-da Ukrayna Təhlükəsizlik Xidməti Zakarpatya vilayətində fəaliyyət göstərən macar hərbi kəşfiyyatçılarını ifşa edib. Onların əsas vəzifələri regionda hərbi təhlükəsizliyin vəziyyəti haqqında məlumatların toplanması, yer və hava hücumundan müdafiədə zəif nöqtələrin axtarışı, Macarıstandan mümkün bir işğal halında yerli əhalinin əhvali-ruhiyyəsinin və reaksiyalarının öyrənilməsi olub.

 

Xüsusi əməliyyat çərçivəsində UTX Macarıstan kəşfiyyat xidmətinin karyera zabitinin nəzarəti altında işləyən iki agenti saxlayıb. Hər iki məhbus hərbi vəziyyətlə bağlı dövlətə xəyanətdə şübhəli bilindikləri barədə məlumatlandırılıb. Ukrayna qanunlarına görə, onları ömürlük həbs gözləyir.

 

Bunun ardınca dərhal Macarıstan Xarici İşlər Nazirliyi öz kəskin mövqeyini açıqlayıb. Ölkənin xarici işlər naziri Peter Siyarto feysbuk səhifəsində bəyanat verərək bu addımı Ukraynanın qərəzli təbliğatı kimi qiymətləndirib. Buna cavab olaraq Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarıb. Siyartonun sözlərinə görə, tammiqyaslı işğalın başlanmasından sonra Ukraynada antimacar təbliğatı getdikcə güclənib. İndiki macarlara qarşı böhtan kampaniyasının səbəbi də əvvəlkilərlə eynidir.

 

Siyarto müraciətində Ukrayna Təhlükəsizlik Xidmətinin Ukrayna tarixində ilk dəfə olaraq ölkə ərazisində casusluq fəaliyyəti həyata keçirən xarici agentlər şəbəkəsini - Macarıstan hərbi kəşfiyyatını ifşa etməsi xəbərini qeyd etməyib. Ancaq kontekstdən aydın olur ki, nazir məhz bunu nəzərdə tutmuş ola bilər. Macarıstanın xarici işlər naziri “onlar macarlara qarşı qarayaxma kampaniyasına dözə bilməzlər” deyib.

 

“Bu gün biz Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki kəşfiyyatçını ölkədən çıxardıq. Müvafiq qərar və Nota Ukraynanın Budapeştdəki səfirinə təqdim edilib”, - deyə nazir bildirib.

 

Ukrayna da Macarıstanın hərəkətlərinə cavab olaraq iki macar diplomatı ölkədən çıxarır. Onlar 48 saat ərzində ölkəni tərk etməlidirlər. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa X sosial şəbəkəsində məlumat verib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur