12.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Zelenski anasına müraciət etdi: “... narahat olma!”

12 may 2025 04:00
DÜNYA
ads
Advertisement

Ukrayna prezidenti Vladimir Zelenski bazar günü axşam ukraynalılara müraciətində öz anasına da səslənib.

Qutb.az xəbər verir ki, Telegram kanalında yayımlanan videomüraciətində Zelenski diplomatik hadisələrdən və tərəfdaşlarla aparılan danışıqlardan bəhs edib. Videonun sonunda o, mayın 11-i bazar günü Ukraynada Analar Günü olduğunu xatırladıb. Anasına təşəkkür edərək, ona görə narahat olmamağa çağırıb:

"Bu gün biz hamımız analarımıza "sağ ol" deyirik - mütləq sərhəd tanımayan mütləq sevgiyə və ananın övlad üçün etdiyi hər şeyə görə təşəkkür edirəm. Ana, sağ ol! Ana, narahat olma - mən yedim, hər şey yaxşıdır".

Ukraynada Analar Günü mayın ikinci bazar günü dövlət səviyyəsində qeyd olunur. Bu bayram Prezidentin 1999-cu ildə imzaladığı fərmanına əsasən təsis edilib.

Dünyanın bir çox ölkəsində, Amerika Birləşmiş Ştatları, Kanada, Yaponiya, İtaliya və Avstraliya da daxil olmaqla Analar Günü may ayının ikinci bazar gününə təsadüf edir.

Ukraynada Atalar Günü də var - bu, iyunun üçüncü bazar günü qeyd olunur.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur