BirBankla gedişhaqqı ödənişində problem yaranıb.
Sərnişinlərin Qutb.az-a verdiyi məlumata görə, tətbiqdə gedişhaqqını ödəmək üçün QR kod yaratmaq mümkün olmayıb.
Texniki problem iş saatlarının sonunda yarandığı üçün metro stansiyalarının girişində geniş izdiham yaranıb.
Problemin səbəbi barədə rəsmi məlumat verilməyib.