20.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

1072 taksi sürücüsü imtahandan uğurla keçib

19 iyn 2025 19:00
GÜNDƏM
ads

İyunun 19-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirilib.

 

Bu barədə Qutb.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

 

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1588 namizəd qeydiyyatdan keçib. Onlardan 1511 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1072 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

 

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

 

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 20 və 21 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur