22.05.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

34 nəfərin Xocalı həsrəti SONA ÇATDI - FOTOLAR

22 may 2025 14:00
GÜNDƏM
ads

Mayın 22-də Xocalının Ballıca kəndinə və Xocalı şəhərinə növbəti köç oldu. Bu gün daha 34 nəfərin Xocalı həsrəti sona çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qutb.az-a verilən məlumata görə, Xocalı şəhəri və Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud  Əfəndiyev  bildirib ki, bərpa  edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. İllərlə həsrətini çəkdiyimiz, ürəyimizdə yaşatdığımız Xocalı bu gün yenidən dirçəlir deyən M.Əfəndiyev bildirib ki, bu təkçə bir köç deyil, bu, qələbənin səbirlə gözlənən zəfərin, evə qayıdışın simvoludur:Sizə elinizdə, evinizdə xoşbəxt, firavan həyat sürməyi arzulayırıq. Hər zaman da yanınızdayıq. Xatırladaq ki, bununla da ümumilikdə  Xocalı şəhərinə 346 nəfərdən ibarət  86 ailə, Xocalının Ballıca  kəndinə isə 180 ailə - yəni 840 nəfər köç edib.

***

12:10

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 22-də Ağdamdan Xocalıya yola salınıb.

Qutb.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülür.

Doğma yurda yola düşən keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

1438024

1438025

1438027

1438028

14380291438030

1438031

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur