20.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib? 

20 dek 2025 00:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sosial şəbəkələrdə Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Qutb.az xəbər verir ki, AMEA-nın Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilir ki, həmin fəxri diplomlar bu ilin aprelində təqdim olunub:

 

“Ölkəmizin media nümayəndələrinə fəxri diplomlar sosial şəbəkələrdə yazıldığı kimi heç də “bir müddət öncə” deyil, Milli Elmlər Akademiyasının “Elm günü” ilə əlaqədar 10 aprel 2025-ci il tarixdə keçirdiyi tədbirdə təqdim olunub.

 

AMEA tərəfindən 2024-cü ildə və 2025-ci ilin “Elm günü” tədbirinin qeyd olunduğu vaxtadək ölkə mətbuatında və sosial şəbəkələrdə Akademiya Rəyasət Heyətinin və elmi-tədqiqat institutlarının fəaliyyətini, keçirdikləri tədbirləri işıqlandırmaqda fərqlənən mətbuat işçilərinə fəxri diplomların verilməsi nəzərdə tutulub”.

Ətraflı

 

Qeyd edilib ki, AMEA mətbuat xidmətinin apardığı araşdırmalar əsasında Akademiyada keçirilən tədbirlərin işıqlandırılması sahəsində fərqləndikləri üçün dövlət mətbuatından Əflatun Amaşov (“Xalq qəzeti”nin baş redaktoru), müstəqil mətbuat sahəsindən Yusif Rzayev (“525-ci qəzet”in baş redaktorunun birinci müavini), sosial şəbəkə mətbuatından Kamran Əsədov, Akademiya mətbuat nümayəndələrindən isə İlham Alıyev “Elm günü” tədbirlərində fəxri diplomlarla təltif olunublar:

 

“Əməkdaşımız İlham Alıyevdən başqa, yuxarıda adları çəkilən Əflatun Amaşov və Yusif Rzayevi əvvəlcədən şəxsən tanıdığımız halda, Kamran Əsədovla Akademiyada birinci və sonuncu görüş “Elm günü” ilə əlaqədar tədbirdə olub”.

 

O da bildirilib ki, adları çəkilən mətbuat işçilərinə diplom verilərkən Kamran Əsədov haqqında inzibati məsuliyyətə cəlb edilmə ilə bağlı heç bir rəsmi məlumata rast gəlinməyib:

 

“Ona görə də səkkiz ay sonra baş vermiş hadisəni ümumi mətndən ayırmaq və bilərəkdən “az müddət öncə” olmuş əhvalat kimi cəmiyyətə təqdim etmək Akademiyanı məqsədli şəkildə hər hansı bir xoşagəlməz hadisəyə cəlb etmək və ya adını süni şəkildə hallandırmaq məqsədi daşıyır”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
165 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur