23.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov

22 dek 2025 17:00
GÜNDƏM
ads

Baş nazir Əli Əsədov Azərbaycanın bəzi universitetlərinin məzunlarının təhsillərini Türkiyədə davam etdirə bilmədiklərindən narahatlığını ifadə edib.

Qutb.az-ın məlumatına görə, bununla bağlı o, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı danışıb.

Baş nazir iki ölkə arasında təhsil sahəsində gözəl ənənələrin olduğunu diqqətə çatdırıb.

"Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar. Bununla belə, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. Azərbaycan tərəfi bu məsələnin müsbət həllinə ümidvardır", - Əli Əsədov vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur