18.05.25 | Bakı 16.79° C |
10:06:25
Lent :

Elgünün ailəsi intihar xəbərlərindən danışdı

18 may 2025 02:00
GÜNDƏM
ads

“Bu gün Gəncə şəhər Prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər”.

 

Qutb.az xəbər verir ki, bu barədə Teleqraf-a Elgün İbrahimovun dayısı Sadiq Zeynalov bildirib.

 

Onun sözlərinə görə, bu gün E. İbrahimovun ailə üzvləri Gəncə şəhər Prokurorluğuna çağrılıb:

 

“İzahatlarımız alındı. Bizə bir daha söz verdilər ki, hadisə tam şəkildə, obyektiv aparılacaq. Hər bir ailə üzvümüzün izahatı alındı”.

 

S. Zeynalov hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi xəbərlərdən də narahat olduqlarını ifadə edib. O, xüsusi ilə E. İbrahimovun intihar etməsi xəbərlərinə münasibət bildirib:

 

“Rəsmi qurumlar belə bir açıqlama verməyib. Bacım oğlunun heç nədən şikayəti olmayıb. Çox gözəl oxuyurdu və biz əmin idik ki, uşaq universitetə qəbul olacaq. Nəsə problemi olsa belə biz dayılarına, nənəsinə, ən önəmlisi hər kəsdən çox istədiyi anasına deyərdi. Çünki anası ilə həmişə fikirlərini bölüşüb. İndi rəsmi qurumların təsdiq etmədiyi xəbərləri utanmadan sosial şəbəkələrdə və müxtəlif media qurumlarında paylaşırlar. Xahiş edirəm belə halların qarşısı alınsın. Hər kəs uydurma xəbər paylaşır”.

 

E. İbrahimov sonuncu dəfə də anası ilə danışıb, hazırlığa getdiyini bildirib.

 

Məlumat üçün bildirək ki, E. İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. Xəstəxanaya çatdırılan 11-ci sinif şagirdi bir gün sonra xəstəxanada ölüb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.79° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur