12.08.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Erməni-amerikalı birgə hərbi təlimləri başlayıb

12 avq 2025 18:00
GÜNDƏM
ads
Advertisement

Avqustun 12-də “Qartal tərəfdaşı-2025” adlı erməni-amerikan birgə təlimləri başlayıb.

Qutb.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasimində Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan, ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Quinn, yüksək rütbəli hərbçilər və qonaqlar iştirak ediblər.

Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistan Respublikasında “Qartal tərəfdaşı-2025” birgə erməni-amerikan təlimləri keçirilir.

Təlimlərdə Ermənistan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının, həmçinin Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

Təlimlərin əsas məqsədləri bunlardır:

sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq;

idarəetmə və taktiki kommunikasiya sahəsində ən yaxşı təcrübələri mübadilə etmək;

Ermənistan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin hazırlığını gücləndirmək.

Təlimlərə həmçinin tibbi evakuasiya prosedurlarına diqqət yetirilməklə sülhməramlı tapşırıqların hazırlanması və icrası daxildir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur