06.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

I siniflər üçün rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verildi

06 may 2025 14:00
GÜNDƏM
ads
Advertisement

2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib.

Bu barədə Qutb.az Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat zamanı limit müəyyənləşdirilməyib. Valideynlər 6–20 may tarixlərində birinci sinfə qəbul çərçivəsində müsahibələrə yazılma prosesini həyata keçirə bilərlər.

Bununla yanaşı bildiririk ki, müsahibə mərhələsi 12–31 may tarixlərində təşkil ediləcək. Müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun–12 sentyabr tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə, Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin "Çağrı mərkəzləri"nə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur