05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Magistraturada 6 yeni İXTİSAS - Nazir detalları AÇIQLADI

05 may 2025 13:00
GÜNDƏM
ads
Advertisement

Ötən il Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən "Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası" hazırlanıb.

Qutb.az "Report"a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev mayın 5-də Bakıda keçirilən "Azərbaycanın əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, konsepsiyada əksini tapmış "Ali məktəblər üçün virtual əczaçılıq zavodu" layihəsinin həyata keçirilməsi, tətbiqinə başlanılacaq davamlı peşəkar inkişaf proseslərinə əczaçıların cəlb edilməsi, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin nəzdində "Elmi-istehsalat təcrübə bazası"nın yaradılması və digər tədbirlərin icrası istiqamətində işlər aparılır:

"Konsepsiyanın tədbirlər planına uyğun olaraq, 2025/2026-cı tədris ilindən etibarən altı yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq".

Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyi, Macarıstanın Azərbaycandakı səfirliyi və "Scandens" əczaçılıq şirkətinin birgə təşkilatçılığı keçirilir. Tədbirdə yerli və xarici qonaqlar daxil olmaqla 300-ə yaxın iştirakçı bir araya gəlib.

Məqsəd ölkədə əczaçılıq sektorunun mövcud vəziyyətini təhlil etmək, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirmək, tibb və əczaçılıq təhsili sahəsində yeni çağırışları müəyyənləşdirməkdir.

Bu da Azərbaycanda əczaçılıq sənayesinin inkişafına və xarici tərəfdaşlarla təcrübə mübadiləsinə həsr olunmuş ilk beynəlxalq tədbirdir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur