18.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? - DİM-dən CAVAB

18 iyl 2025 11:00
GÜNDƏM
ads

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün ixtisaslaşma seçimi iyulun 16-da başa çatıb.

İxtisaslaşma seçiminə magistraturaya 16 fevral və 11 may 2025-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə 26241 nəfər bakalavr imtahanlarda iştirak edib.

2025/2026-cı tədris ili üçün magistratura səviyyəsi üzrə 16794 plan yeri ayrılıb və onlardan 7014-ü dövlət sifarişi, 9780-i isə ödənişli əsaslarladır.

Statistikaya görə, bu il 15526 bakalavr (14136 nəfər Azərbaycan, 1390 rus bölməsi üzrə) ixtisas seçimində iştirak edərək seçimlərini təsdiq edib.

Bəs magistraturaya qəbulun nəticələri nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəızindən Qutb.az-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhil müəssisələrinin magistratura səviyyəsinə qəbulun nəticələrinin növbəti həftə elan olunması nəzərdə tutulur.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur