05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Manatlıq taksilər qanunsuz fəaliyyət göstərirlər - AYNA

02 may 2025 15:00
GÜNDƏM
ads

"Manatlıq taksi anlayışı yoxdur, bir çox hallarda onlar qanunsuz fəaliyyət göstərir”.

Qutb.az xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev isə deyib ki, yol polisi bu problemlə mübarizə aparır:

“Yol polisi bir nöqtəyə bütün gün təhkim oluna bilməz. Yol polisi əməkdaşı ərazidən uzaqlaşan kimi manatlıq taksilər ora qayıdıb dayanır. Cəzaların sərtləşdirilməsi sürücüləri bu hərəkətdən çəkindirsə də, bu problem var. Sürücünün özünün məsuliyyəti olmalıdır. Həmin sürücülərin arxivinə baxanda görürük ki, onlar qazandıqlarını da cərimə ödəyir, amma bu əməldən əl çəkmirlər. Biz o taksi sürücüləri ilə görüşlər təşkil etməyə və onları bu əməldən çəkindirməyə çalışırıq".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur