12.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı

12 may 2025 10:00
GÜNDƏM
ads

Sabiq deputat, Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərlinin (İmanov) oğlu Araz İmanov  “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyində Baş katibi vəzifəsində işə başlayıb.

Qutb.az xəbər verir ki, Araz İmanov ötən həftə keçirlən “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusundakı müzakirələrdə İctimai Birliyin Baş katibi qismində çıxış edib.

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi özündə "Rahat market", "Bazarstore", "Al market", "Grandmart", "Bolmart", "Megastore", "Araz market", "Spar", "Oba", "Rossman", "Neptun market" və "Bravo" kimi iri ticarət şəbəkələrini birləşdirir.

Qeyd edək ki, Nazim İmanovun  2 oğlu var.

Sabiq deputatın böyük oğlu Araz İmanov eks-diplomatdır. Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin iqtisadi nəzəriyyə ixtisasının bakalavr pilləsini bitirib. Daha sonra Londonda magstr təhsili alıb.
Araz İmanov fəaliyyətə diplomatik sahədən başlayıb. O, bir neçə il Azərbaycanın Çexiyadakı səfirliyində çalışıb.
20 ilə yaxın müddətdə Xarici İşlər Nazirliyi sistemində çalışıb. Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində diplomatik fəaliyyət göstərib.

A.İmanov idman, musiqi, atçılıqa məşğuldur.  Öz çevrəsində həm də yaxşı musiqiçi kimi tanınır. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur