26.05.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Oğlumu çiynimdə aparıb dəfn etdim - Fazil Mustafa

26 may 2025 00:00
GÜNDƏM
ads
Advertisement

Oğlum dəm qazına görə boğulanda 8 yaşı var idi. Görünür, o dövrdə bizim də məsuliyyətsizliyimiz oldu. Yəni dəm qazı anlayışımız yox idi.

 

Qutb.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Kanal S-də yayımlanan müsahibəsində deyib.

 

O, hadisə zamanı xaricdə olduğunu bildirib.

 

"Hər bir insanın başına gələ biləcək faciədir. Belə məsələlərə bir az fərqli yanaşmalıyıq. Yəni bizi yaradan verdiyi neməti istənilən vaxt ala bilər. İradəmizdən kənarda bir tale var və buna qarşı gəlmək olmaz. Bunu faciə kimi yaşasam da, həyatımın faciəsinə çevirmədim. Ağırdır, amma yaşayanları, qalanları düşünməliyik. Biz övladımızı çiynimizdə aparıb dəfn edə bilmişik, amma məsələn, təyyarə qəzasında itkin düşənlərin yaxınları arzulayır ki, heç olmasa, onların qəbri olsun”, – millət vəkili qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur