17.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Prezidentdən indoneziyalı həmkarına TƏBRİK

17 avq 2025 12:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.

 

Qutb.az xəbər verir ki, məktubda bildirilir:

 

"Hörmətli cənab Prezident,

 

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

 

Azərbaycan-İndoneziya münasibətlərinin son dövrlərdə inkişaf dinamikası, istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli strukturlar çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Ölkələrimizin Qoşulmama Hərəkatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və digər beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim.

 

Biz Azərbaycan ilə İndoneziya arasında sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Hazırda siyasi, iqtisadi, mədəni, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və imkanlar formalaşmışdır. Hesab edirəm ki, mövcud imkanlardan bəhrələnərək ikitərəfli fəaliyyət gündəliyimizin genişlənməsinə nail ola bilərik.

 

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur