22.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Putinin Ukrayna qarşısındakı tələbləri AÇIQLANDI

22 avq 2025 14:00
GÜNDƏM
ads

Rusiyanın Ukrayna qarşısında əsas tələbləri Kiyevin Donbasdan imtina etməsi, NATO-ya üzv olmaması, neytrallığı qoruyub saxlaması və ölkədə Qərb qoşunlarının yerləşdirilməməsidir.

Qutb.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrə istinadən bildirib.

“Putin tələb edir ki, Ukrayna bütün şərqi Donbassdan imtina etsin, NATO-ya daxil olmaq ambisiyalarından əl çəksin, neytrallığı qorusun və Qərb qoşunlarını ölkəyə buraxmasın”, - agentlik yazır.

“Reuters” mənbələrinin məlumatına görə, Moskva Rusiya prezidentinin 2024-cü ilin iyununda Ukraynaya qarşı irəli sürdüyü ərazi tələblərində bəzi güzəştə gedib.

Həmin tələblərə əsasən, Kiyev işğal olunmuş dörd vilayətin  hamısını - Donbası təşkil edən Ukraynanın şərqindəki Donetsk və Luqans, eləcə də cənubdakı Xerson və Zaporojyeni Rusiya Federasiyasının tərkibinə verməli idi.

Rusiya prezidenti yeni təklifində Ukraynanın Donbasın hələ də nəzarət etdiyi ərazilərdən qoşunlarını tamamilə çıxarması tələbinə sadiqdir. Bununla belə, Moskvanın öz növbəsində Zaporojye və Xersondakı hazırkı cəbhə xəttini tərk etməyə hazır olduğu iddia edilir.

Avqustun 21-də Ukrayna lideri Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixailo Podolyak qeyd edib ki, Ukrayna mövcud təmas xətti boyunca münaqişənin dondurulmasına və əraziləri faktiki olaraq itirilmiş kimi tanımağa razıdır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur