24.07.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası

23 iyl 2025 17:00
GÜNDƏM
ads
Advertisement

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulmasından yeddi aya yaxın vaxt keçir. Ancaq Rusiya rəsmiləri istintaq prosesi barədə Azərbaycana heç bir məlumat təqdim etməyib.

Azərbaycan Rusiyadan günahını etiraf etməsini, təyyarəni vuranların cəzalandırılmasını və ailələrə təzminat ödənilməsini tələb edir.

Rəsmi Bakı, həmçinin təyyarənin vurulmasına görə Rusiyanı məhkəməyə verməyə hazırlaşır. "Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq", - Prezident İlham Əliyev Xankəndidə keçirilən forumda bildirib.

Qutb.az-a açıqlamasında qəza zamanı həyatını itirən Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev dövlətin bu qərarına sevindiyini bildirib.

“Dövlətin də bu sahədə bizə dəstəyi çoxdur, amma mənim qızımın və təyyarədə ölən insanların qatilləri buna görə cavab verməlidir. Bizi bu sahədə yönləndirən, kömək edən, əlaqə yaradan olsa Rusiyanı qızını itirən ata kimi mən də məhkəməyə vermək istəyirəm. Dekabr ayından gözləyirik ki, bu cinayətin üstü açılacaq, hələ də gözləyirik”- deyə C. Alıyev qeyd edib.

Xatırladaq ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur