05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Sevgilisinin xəyanətindən şübhələndi, qazini öldürdü - VİDEO

18 yan 2025 08:00
GÜNDƏM
ads

Qısqanc oğlan sevgilisini onun əlindən xilas etmək istəyən oğlanı qətlə yetirib.

QÜTB.AZ Baku TV-yə istinadla xəbər verir ki, Yusif müharibədə iştirak etdikdən sonra şəhərdəki kafelərdən birini işlədir. O, hələ də döyüş yoldaşları ilə əlaqə saxlayaraq müharibədə olduğu günləri xatırlayır.

İdrak və Afaq cütlüyü bir ilə yaxındır ki, sevgilidirlər. İdrak çox qısqanc biridir və bəzən Afaq haqqında beynində çirkin fikirlər yarada bilir.

Təbii ki, həmin düşüncələr onları yavaş-yavaş sonluğu yaxşı olmayan yola aparır.

Cütlük restoranda oturarkən Afaq əllərini yumaq üçün qalxır və bir qədər uzaqlaşır. Birdən onun telefonuna zəng gəlir. İdrak zəng edənin adının ekranda yazılmadığını görərək qaşqabağını sallayır və zəngə özü cavab verir.

Zəng edən kişi idi və o, birbaşa Afaqın adını çəkir. Kimin danışdığını soruşduqda isə İdrak əsəbini cilovlaya bilmir və nalayiq ifadələr işlədir.

Daha sonra İdrak heç nədən xəbəri olmayan Afaqın üstünə qışqırır və onu təhqir etməyə başlayır, qızı qolundan tutub kafedən çıxarır.

Bir saat sonra İdrakla Afaq parkda gəzərək mübahisə edirlər. Yusifin əyləşdiyi skamyaya yaxınlaşanda o qalxıb getmək istəyir, amma İdrakın Afaqı təhqir etməsinə dözməyərək yaxınlaşıb "Sən mənim yanımda qadını təhqir edə bilməzsən" deyir.

İdrak isə buna cavab olaraq "Sən kimsən axı? Bəlkə elə həmin oğlan sənsən?!" deyir və cibindən çıxardığı bıçaqla ona ard-arda zərbələr endirir. Yusif aldığı xəsarətlərdən həyatını itirir.

Hadisə şahidləri polisə zəng edirlər və İdrak hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa cəlb edilir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur