İsrail Qəzzada əməliyyata başladı
“Cari il ərzində ən yüksək uşaq qəbulu sayı mart-aprel aylarında olub”.
Bu barədə Qutb.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
O bildirib ki, hazırda sığınacaqlarında 51 uşaq var:
“Onların 16-ı sanatoriyada, qalanları isə sığınacaqdadır. Sığınacağın fəaliyyət göstərməsi üçün ancaq xeyriyyəçilər dəstək göstərirlər. Onlar qida, geyim və dərman preparatları üçün ianə edirlər”.
K.Ağazadə qeyd edib ki, 30-dan çox ailə var ki, Azərbaycan Uşaqlar Birliyinin öz imkanları çərçivəsində onlara da yardım edilir:
“Onlar arasında vaxtilə sığınacağımızda qalan uşaqlar da var. Onlarla mütəmadi olaraq görüşürük, sosial və tibbi problemlərinə də dəstək oluruq. Gün ərzində xidmət, psixoloji konsultasiya alan uşaqlarımız da var”