26.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri 

25 iyl 2025 17:00
GÜNDƏM
ads

“Təkcə standard tələbə təqaüdlərinin deyil, tələbələrə verilən Prezident təqaüdünün də məbləği artırılıb. Hər il 102 nəfərə Prezident təqaüdü verilir. Bu təqaüdün məbləği 275 manatdan 350 manata qaldırılıb. Akademik göstəriciləri yüksək olan tələbə “əlaçı” təqaüdü, yaxud Prezident təqaüdü də alarsa, bakalavr tələbəsi 1 ay ərzində təxminən 550 manat təqaüd ala bilər”.

Qutb.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Azərbaycan müəllimi”nə açıqlamasında deyib. 

Sonuncu dəfə təqaüdlərin 2023-cü ildə artırıldığını xatırladan nazirin müşavirinin sözlərinə görə, tələbələrin 50 faizindən çoxu təqaüd alır. Akademik göstəricisindən asılı olaraq, ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar: “Bu, Azərbaycanda insanların, xüsusən tələbələrin sosial rifahının yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın artırılması istiqamətində atılan mühüm addımdır. Bundan sonra tələbələrimiz nisbətən daha yaxşı təqaüd alacaqlar”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təhsilin bütün səviyyələri və pillələrində tələbələrin təqaüdləri artırılıb. Bu, ali təhsilin bütün səviyyələrinə, eləcə də peşə, orta ixtisas təhsilinə şamil olunub. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur