14.05.25 | Bakı 19.50° C |
10:06:25
Lent :

Türkiyədən sabahkı Rusiya-Ukrayna görüşü barədə AÇIQLAMA

14 may 2025 10:00
GÜNDƏM
ads

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar prosesinin sabah İstanbulda baş tutacağı istisna edilmir.

Qutb.az xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK partiya) xarici əlaqələr şöbəsinin müdir müavini İbrahim Halil Qorxmaz RİA Novosti-yə bildirib ki, görüş üçün bir sıra hazırlıq işləri aparılıb.

"Tamamilə mümkündür ki, danışıqlardan sonra münaqişəyə son qoymaq məqsədilə prosesin davam etdirilməsi barədə razılıq əldə olunsun. İkinci, üçüncü görüş... İstisna etmək olmaz, hər şey 15 may görüşünün nəticələrindən asılı olacaq", - İbrahim Halil Qorxmaz İstanbulda keçiriləcək mümkün görüşün sonuncu olmama ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Ukraynaya mayın 15-də İstanbulda ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif etmişdi.

O, müvafiq danışıqlar zamanı tərəflərin atəşkəslə bağlı razılığa gələ biləcəyini istisna etməyib.

Ardınca Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın sərt müraciətindən sonra Putini mayın 15-də İstanbulda gözləyəcəyini bildirib.

Danışıqlarda ABŞ-ın xüsusi elçiləri Stiv Vitkoff və Keyt Kelloq, habelə dövlət katibi Marko Rubio da iştirak edəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.50° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur