25.12.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Yeni ilə kimi Ağdam şəhərinə 426 nəfər köçürüləcək

25 dek 2025 17:00
GÜNDƏM
ads
Advertisement

Ərazisi 13 hektardan çox Ağdam şəhərində istifadəyə verilən 2-ci yaşayış kompleksində 11 məhəllə var.

Qutb.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam,Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri vəzifələrini icra edən Fidan Məmmədli bildirib.

O qeyd edib ki, ikinci kompleksdə 60 bina inşa edilib.

"Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək".

F.Məmmədli qeyd edib ki, binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib.

"Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb".

Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur